Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Bütün silahlardan istifadə ediləcək, ordu bu şəhərlərə girəcək...

Rusiyadan ŞOK XƏBƏRDARLIQ: Bütün silahlardan istifadə ediləcək, ordu bu şəhərlərə girəcək...<span class="qirmizi"></span>

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev diqqətçəkən açıqlamalar verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Medvedev bildirib ki, Moskva NATO ilə birbaşa münaqişəyə girməyi planlaşdırmır və böhranın danışıqlar yolu ilə həllində maraqlıdır.

Medvedev xəbərdarlıq edib ki, Ukraynanın Krım yarımadasını ələ keçirmək cəhdi Moskvanın Kiyevə qarşı "istənilən silahdan" istifadə etməsinə haqq qazandıracaq.

O əlavə edib ki, Rusiya qüvvələri bunun qarşısını almaq üçün hər an Ukraynada Kiyev və ya Lvova qədər irəliləyə bilər.

Daha əvvəl İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedyev Rusiyanın bölgəyə İsgəndər raketləri, hipersəs silahları və nüvə bombaları ilə gəmilər göndərə biləcəyinə işarə etmişdi: "İsveç və Finlandiyanın NATO üzvü olduğu bir şəraitdə Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkün deyil".

O, həmçinin xəbərdarlıq etmişdi ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum edəcək. Medvedyev Ukraynaya göndərilən raketlərin Rusiyanı hədəf alacağı təqdirdə hərtərəfli hücumla hədələmişdi.

Qeyd edək ki, ABŞ Ukraynaya silah yardımı çərçivəsində qabaqcıl raket sistemləri göndərəcəyini açıqlayıb.

Milli.Az

Mənbə: news.milli.az