Öz oturduğu budağı kəsən İran - VİDEO

Öz oturduğu budağı kəsən İran - VİDEO<span class="qirmizi"></span>

Azərbaycandan baxanda İran necə görünür? Bu suala cavab vermək çətin deyil. Kənardan baxanda bu ölkə sərhədimzdə hərbi təlim keçirib əzələ nümayişinə çıxan, ərazimizdə casus şəbəkəsi yetişdirən, səfirliyimizə hücum təşkil etdirən, Qafanda taxta sexinə oxşayan konsulluq açan, səfriliyə məxsus avtomobillə qaranlıq əməlləri üçün ölkəmizə dini şüarlar yazılan köynəklər keçirən ölkədir. İran bizdə bu portreti yaradıb. Bəs, İrandan baxanda dünya, qonşu ölkələr necə görünür? Bu gün İran faktiki olaraq siyasi mənada təklənib. Dünyadan təcrid olunub. Bu mühasirənin ortasında ola-ola hər nə qədər Ermənsitana qardaş desə də, İranın dünyaya çıxışı məhz Azərbaycanın sayəsində mümkündür. Elə, xatırlayaq Bakı- Astara- Rəşt dəmir yolunu. Bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılır. Digər yollarla müqayisədə bu yolla yüklər Avropaya və Asiyaya daha tez və daha ucuz çatdırıla bilərdi. Əlbəttə, əgər İran tərəfi üzərinə düşən hissənin tikintisini yekunlaşdırsaydı. Bu Azərbaycanın İrana qazandırdıqlarından sadəcə biridir. Lakin, bütün bunlara baxmayaraq rəsmi Tehran Bakı ilə münasibətləri gərginləşdirməkdə davam edir. Bu isə oturduğun budağı kəsməyə bənzəyir. İndi sual yaranır. Qonşumuz belə açıq qərəzlə nələri itirir, özünü hansı vəziyyətə salır?

"İndiki İran ərazisindən dünayya baxanda nə qədər böyük olsa da, dünyanın küncünə söykəndiyini görmək mümkündür. Heç bir tərəfdən, Ermənistan istisna olmaqla, bu ölkə ilə dost münasibətdə olan dövlət yoxdur. Tutaq ki, Xəzəryanı dövlətlər nisbi olaraq əlaqələri yaxşı saxlamağa çalışsalar da, mahiyyət etibarilə aralarında olan ticarət dövriyyəsi, mədəni, iqtisadi əlaqələr münasibətlərin hansı səviyyədə olmasını göstırir. Ərəb-fars körfəzi ilə olan əlqələr də göz qabağındadır. Bu ölkələrə bəslənilən düşmən münasibət ziddiyyətlərin ortaya çıxmasına səbəb olur. Türkiyə İran münasibətləri də Türkiyə tərəfədən nə qədər sabit saxlanılmağa cəhd göstərilsə də, əslində İranın münasibəti göz qabağındadır".


Ermənsitanın sərhədləri bizim qırmızı xəttimzidir deyən cənub qonşumuz hansı delimitasiya olunmuş sərhəddən danışır bilmirəm. Amma beynəlxalq hüquqla tanınan öz sərhəddi ilə keçən, üstəlik özünə də fayda verəcək Zəngəzur dəhlizinin açılmasına da qarşıdır. Beləliklə, İran Azərbaycanın ona qazandıracağı daha bir fürsətdən yararlanmaq istəmir.

[sinxron]
[title] ELÇİN MİRZƏBƏYLİ
[author] SİYASİ ANALİTİK
[xrono] 0
[text] Bu gün Azərbaycan tərəfindən təşviq oluan Zəngəzur dəhlizi, eləcə də digər nəqliyyat yolları İran üçün Süveyş kanalına və ərəb körfəzinə alternativ olaraq daha uyğun marşrutlar hesab olunru. Və daha təhlükəsizdir. Bir zamanlar İran tərəfindən də dəstəklənən Şimal nəqliyyat dəhlizi də bunlardan biridir. Azərbaycan üzrəinə düşənləri etsə də yolun İran hissəsi üçün Tehran rejimininverdiyi vədlər bu günədək yerinə yetirilməyib. Mahiyyət etibarilə İran hətta öz faydasına olan prosesin içində belə neytrallığını qoruya bilmir. Nəticədə bütün davranışlar özünü təcridə gətirib çıxarır.
[/sinxron]

Görünən odur ki, İran heç bir halda əmamməsini qabağına qoyub düşünmək istəmir. Hətta özünün, əhalisinin xeyrinə olan layihələri belə xəstə təfəkkürünə qurban verir. Bu gün sivil dövlətlər dünya ilə ayaqlaşanda, İran bütün dünyanı ayağı altına alıb öz dünyasını yaratmaq niyyətindədir. Amma unutduğu məqam odur ki, bu saxta dini təriqqətlərin ixracı ilə mümkün olmayacaq.

Mənbə: www.realtv.az