MAQATE-nin rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."

MAQATE-nin rəhbəri: "Nüvə riskinin azaldılması üçün..."<span class="qirmizi"></span>

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi gələn həftə Zaporojye AES-ə səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ria Novosti agentliyi məlumat yayıb.

Hesabatda qeyd edilib ki, baş direktor ZNES-də nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti şəxsən qiymətləndirməyə hazırlaşır. Həmçinin bildirilib ki, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı zamanı onun qorunması xüsusilə əhəmiyyətlidir.

"Ukraynada nüvə qəzası riskinin azaldılmasına kömək etmək üçün əlimdən gələni edirəm”, - Qrossi çıxışında bildirib.

Aytən Məftun

Mənbə: publika.az