Ukrayna Avropadan yeni silahlar istədi

Kiyev Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarından sonra Avropanın Moskvaya qarşı sanksiyaları gücləndirəcəyini gözləyir və əks-hücum əməliyyatını həyata keçirmək üçün əlavə silah tələb edir.

Lent.az-ın məlumatına görə, bunu bazar günü Fransanın LCI telekanalının efirində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Ukraynanın əks-hücum üçün hərbi potensialını artırmaq və Rusiyaya qarşı sanksiyaları gücləndirmək lazımdır", - deyə o, Rusiya rəhbərliyinin qərarına cavab olaraq "Rosatom"a qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Tramp ABŞ-ı “banan respublikası” adlandırıb

SONRAKI XƏBƏR

Maqnit qasırğasının “tərs” üzü - FOTO