İŞİD bəhanədir, ABŞ-ın Suriyada məqsədi budur

ABŞ öz qoşunlarını Suriyanın şimalında yerləşdirmək üçün İŞİD-ə qarşı mübarizəni bəhanə kimi istifadə edir, terrorçuluqla mübarizə üçün real fəaliyyət yoxdur.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın çıxış edib.

"Hazırda ABŞ qoşunlarının Suriyanın şimalında olmasının səbəbi İŞİD-lə mübarizə deyil. Onlar Rusiya və İranın Suriyadakı hərbi mövcudluğunun balansını pozacaq amil olmağa çalışırlar. İŞİD sadəcə bir bəhanədir”, - Kalın qeyd edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada ekologiyaya xeyir verən plastik paltarlar hazırlanır - FOTO

SONRAKI XƏBƏR

Məşhur müğənni stressdən 48 kq arıqladı