Nyu York hakimiyyəti 20 milyon dollarlıq əntiq əşyaları Yunanıstana qaytarıb

Nyu York hakimiyyəti 20 milyon dollarlıq əntiq əşyaları Yunanıstana qaytarıb<span class="qirmizi"></span>

Nyu-York hakimiyyəti 20 milyon dollar dəyərində qədim tapıntıları, o cümlədən 2020-ci ildə ən bahalı sikkə kimi hərracda rekord qiymətə (3,5 milyon ABŞ dolları) satılan İmperator Yuli Sezarın öldürülməsinin xatirəsinə qeyri-adi nadir qızıl sikkəni Yunanıstana qaytarıb.

“Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Repatriasiya mərasimi Yunanıstanın Nyu-Yorkdakı konsulluğunda baş tutub və eramızdan əvvəl 5000-ci ilə aid 29 Yunan əşyasını özündə birləşdirib.

Bütün əntiq əşyalar qeyri-qanuni dövriyyə və qaçaqmalçılıqla bağlı aparılan araşdırmalar zamanı müsadirə olunub.

Nyu-York şəhərinin Daxili Təhlükəsizlik Departamentinin xüsusi agenti İvan Arvelo bildirib ki, qədim Yunanıstan Qərb sivilizasiyasının beşiyi kimi tanındığından, yunan artefaktları xüsusilə qeyri-qanuni ticarətə meyllidir.

Mənbə: report.az