Honduras Çinə görə Tayvanla diplomatik əlaqələrini kəsib

Honduras Çinə görə Tayvanla diplomatik əlaqələrini kəsib<span class="qirmizi"></span>

Honduras hökuməti Çinə görə Tayvanla diplomatik əlaqələri kəsmək qərarına gəlib.

“Report” xəbər verir ki, müvafiq bəyanat Honduras Xarici İşlər Nazirliyinin tvitter səhifəsində dərc edilib.

“Xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi ölkə prezidenti adından Tayvanı iki ölkə arasında diplomatik münasibətləri kəsmək qərarı barədə xəbərdar edib”- məlumatda deyilir.

Vurğulanıb ki, Honduras indi Tayvanı Çinin ayrılmaz hissəsi kimi tanıyır.

Qeyd edək ki, martın 14-də Honduras Çinlə diplomatik əlaqələr qurmaq qərarına gəlib. Mərkəzi Amerika Respublikası Tayvanın suverenliyini tanıdığı üçün Çinlə münasibətləri pozulmuşdu.

Mənbə: report.az