Bu gün Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək

Bu gün Türkmənistanda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək<span class="qirmizi"></span>

Bu gün Türkmənistanda 8-ci çağırış parlament seçkiləri keçiriləcək. Həmin gün vilayət, rayon, şəhər xalq şuralarının üzvləri və yerli özünüidarəetmə orqanlarının nümayəndələri də seçiləcək.

“Report” xəbər verir ki, ölkə vətəndaşları parlamentin 125 deputatını seçməli olacaqlar.

Səsvermə birmandatlı seçki dairələri üzrə keçiriləcək. Müxtəlif səviyyəli deputatların və şura üzvlərinin seçkiləri üçün ümumilikdə 7 222 seçki dairəsi təşkil olunub.

Türkmənistanda Seçki və Referendumun keçirilməsi üzrə Mərkəzi Komissiyasının məlumatına görə, Milli Məclisin deputatlığına 258, rayonların və Aşqabad şəhərinin xalq şuralarının üzvlüyünə 515, rayon, şəhər xalq məsləhəti üzvlüyünə - 2 001, yerli özünüidarə orqanlarının üzvlüyünə - 12 098 namizəd qeydə alınıb.

Namizədləri ölkənin hər üç siyasi partiyası: Demokrat Partiyası, Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası, Türkmənistan Aqrar Partiyası, həmçinin vətəndaşların təşəbbüs qrupları irəli sürüb.

Mənbə: report.az