Tramp ABŞ-ı “banan respublikası” adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Co Baydenin dövründə ölkə “banan respublikası” səviyyəsinə enib.

APA-nın xəbərinə görə, bu barədə TASS-a məlumat verib

Tramp Texas ştatının Vako şəhərində tərəfdarlarının mitinqində ABŞ-ın banan respublikasına çevrildiyini bəyan edib və ölkə vətəndaşlarının buna dözməyəcəyini vurğulayıb.

ABŞ-ın eks-prezidenti sərhədlərin mühafizəsi, səsvermə sistemi və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsi problemlərinə toxunub.

“2024-cü ildə seçkilərdə qalib gəlməsək, ölkəmiz məhvə məhkumdur”, - deyə o, çıxışını yekunlaşdırıb.

Musavat.com

ƏVVƏLKİ XƏBƏR

Özünü qadın kimi təqdim edən idmançılar dünya çempionatından kənarlaşdırıldı

SONRAKI XƏBƏR

Ukrayna Avropadan yeni silahlar istədi