Soyuq müharibə baş versə, birincidən daha çətin olacaq!

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer baş verə biləcək ikinci soyuq müharibənin risklərini qiymətləndirib.

Publika.az xəbər verir ki, o, bu barədə İspaniyanın “Mundo” qəzetinə müsahibəsində danışıb.

Kissincer ikinci soyuq müharibənin təhlükələri barədə xəbərdarlıq edib və bunun birincidən daha çətin olacağını təsdiqləyib. Onun fikrincə, Çin və ABŞ arasında münaqişə başlaya bilər.

ABŞ-ın keçmiş dövlət katibi əlavə edib ki, hər iki ölkənin müqayisə oluna bilən iqtisadi resursları var, bu, birinci soyuq müharibə dövründə belə deyildi. O, Pekin və Vaşinqtonu opponentlər adlandırıb və “ÇXR qərbləşənə qədər gözləməməyə” çağırıb.

Aytən Məftun

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Tayvan Hondurasla diplomatik əlaqələrin kəsilməsinə münasibət bildirdi

SONRAKI XƏBƏR

Silah daşıyanın islah yolu – Xankəndinin dolama yolları kəsilir