Tayvan Hondurasla diplomatik əlaqələrin kəsilməsinə münasibət bildirdi

Tayvan Hondurasla diplomatik əlaqələrin kəsilməsinə münasibət bildirdi<span class="qirmizi"></span>

Tayvan Xarici İşlər Nazirliyi Mərkəzi Amerika Respublikasının oxşar qərarına cavab olaraq Hondurasla diplomatik münasibətləri kəsdiyini və səfirliyin bağlandığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb .

Tayvanın xarici işlər naziri Cozef Vu bildirib ki, Honduras “əhəmiyyətli məbləğdə pul tələb edib”. Xarici işlər naziri Tayvan səfirinin artıq Taypeyə qayıtmasına da aydınlıq gətirib.

Xatırladaq ki, Honduras hökuməti Tayvanla diplomatik münasibətləri kəsdiyini bəyan edib. Çinin xarici işlər naziri Qin Qanq Pekində Hondurasdan olan həmkarı Eduardo Enrike Reina ilə danışıqlar aparıb, danışıqlar zamanı tərəflər iki dövlət arasında diplomatik münasibətlərin qurulmasına dair kommünike imzalayıblar.

Aytən Məftun

Mənbə: publika.az