Xankəndidə pasport-viza rejimi: Azərbaycanın bu qurumu... - Yeni detallar

Xankəndidə pasport-viza rejimi: Azərbaycanın bu qurumu... - <span class="qirmizi">Yeni detallar</span>

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Azərbaycanın şərtləri ilə sülh müqaviləsini Ermənistan özü üçün eskalasiya kimi qiymətləndirir. Bu məntiq nəyə əsaslanır, sülh hansı şərtlərlə imzalanmalıdır?

- Ötən günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama verib. Üç tezis üzərində dayanan fikirlər səsləndirib. Onun açıqlamasında deyilirdi ki, Ermənistan nə Moskva, nə də ki Qərbin layihələrini qəbul etmir. Mirzoyan Birbaşa Azərbaycanla müəyyən razılaşmaların əldə olunduğunu açıqlayıb. Burada Zəngəzur dəhlizinin adı vurğulanmasa da, bölgədə mümkün nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı razılıqdan bəhs edilib. Eyni zamanda sərhədlərin delimitasiyası məsələsi və sülh sazişinin imzalanmasına toxunulub. 10 noyabr 2020-ci ildə nəzərdə tutulan üç əsas məsələnin birdən həll edilməsi Mirzoyan tərəfindən gündəmə gətirilib. Amma bunun fonunda Azərbaycan Prezidenti Tərtərin Talış kəndində erməni tərəfinə bir daha açıq şəkildə mesaj verdi: Siz 29 min kv km-də yaşamaq istəyirsinizsə, sülh sazişi imzalamalısınız. Çünki sülh sazişi imzalanırsa bu artıq Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə tanınması deməkdir. Sadəcə olaraq Nikol Paşinyanı danışdıran Rusiya və İranın yanaşmalarıdır.

- Son dövrlər müşahidə edilən odur ki, İran daha çox təhdid dilində danışmağa başlayıb. İran mollalarının belə aktiv şəkildə bu məsələlərə qarışması nədən xəbər verir?

- İndi İran özünə aid olmayan işlərə qarışır. Hətta İran mollaları da aktiv işə başlayıblar. İstər Ərdəbil mollası Amili, istərsə də Təbriz imam cüməsi bir növ hərbi ritorika dilində danışmağa başlayıblar. Əslində İran mollaları belə işlərə qarışmamalıdırlar. Amma görünür onlar ağıllarını o qədər itiriblər ki, İslamı təbliğ edən bir adam Ramazan ayında qan tökməyə çağırış edir. Bu əslində onların İslamdan nə qədər uzaq olduqlarını göstərir. Fakt odur ki, indiki məqamda İranın Ermənistana açıq yardımları da bir işə yaramır. Artıq Paşinyanın da prosesdən qaçmaq imkanları məhdudlaşıb. Çünki həm Rusiya, həm də Qərblə oynamaq Paşinyanın ağlının məhsulu deyil.

- Azərbaycanın haqlı tələbləri hansı prinsiplərə əsaslanır?

- Əslində Azərbaycan qeyri-qanuni heç nə istəmir. Prezident İlham Əliyev Talış kəndində bir növ hesabat xarakterli çıxış etdi. Bu əslində çox yaxşı nümunədir. Bununla da dövlətin apardığı siyasətdən bütövlükdə cəmiyyət əhatəli şəkildə məlumatlanmış olur. Bu eyni zamanda Ermənistan və onu dəstəkləyən dövlətlərə də bir mesaj idi. Burada Azərbaycanın mövqeyi bir daha ortaya qoyuldu.

- Yeni müharibə riskini necə dəyərləndirirsiniz? Azərbaycan həm Rusiya sülhməramlılarına, həm də erməni tərəfinə ardıcıl xəbərdarlıq edir. Bunun nəticələri necə olacaq?

- Azərbaycan müharibə aparmayacaq. Amma Azərbaycan qanunvericiliyinə görə dövlət sərhədlərinin təhlükəsizliyi məsələsi gündəmə gələndə ordu işə qarışır. 2020-ci ilin sentyabrında Azərbaycan Ordusu öz üzərinə düşən işləri gördü. Ona görə də Prezident İlham Əliyev bütün çıxışlarında Azərbaycan Silahlı Qüvvələri ifadəsini işlədir. Çünki burada Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidmətinin və Xarixi Kəşfiyyat İdarəsinin hərbi qüvvələri mövcuddur. Yəni, Azərbaycanda bir neçə qoşun növü var. Ona görə də, Qarabağda antiiterror əməliyyatlarını Daxili İşlər Nazirliyinin Daxili Qoşunları icra edəcək. Bu, ölkə qanunvericiliyinə də uyğundur. Ölkə daxilində pasport-viza rejimini yoxlamaq lazımdır. Azərbaycan isə hələlik Ermənistanın mövqeyini gözləyir. Əgər sülh sazişi imzalanacaqsa, Qarabağda qalmaqda olan bütün silahlılar ərazidən çıxacaq. Belə olan halda Azərbaycan öz ərazisində pasport-viza rejimini yoxlamaqla bağlı işlər görəcək. Bunu isə Daxili Qoşunlar həyata keçirəcək.

Mənbə: teleqraf.com