KİV: “SVB-nin müflis olması vençur investisiyaları bazarını çökdürəcək”

KİV: “SVB-nin müflis olması vençur investisiyaları bazarını çökdürəcək”<span class="qirmizi"></span>

“Silicon Valley Bank”ın (SVB) müflis olması səbəbindən 2 trilyon dollarlıq vençur kapitalı bazarı rekord həddə - 25-30% və ya 500 milyon ABŞ dolları dəyərində zərərlə üzləşə bilər.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ekspertlərin – “Bloomberg Intelligence” analitiklərinin hesablamalarına istinadən məlumat yayıb.

Onlar bildiriblər ki, SVB-nin müflisləşmə prosesi tamamlandıqdan sonra daha ciddi qiymətləndirmə və açıqlama olmalıdır. Belə ki, bu bazarda “özünü rola vurmağa” və ya genişlənməyə imkan yoxdur.

“Bloomberg”in analitiki Qaurav Patankarın fikrincə, “genişlənmə” və “özünü rola vurmaq” siyasəti o deməkdir ki, bəzi vençur kapitalı şirkətləri onların həqiqi dəyəri haqqında məlumatların açıqlanmasının qarşısını almaq üçün bəzi aktivlərə sahib çıxır və kapitalı saxlayır. Ancaq bu cür üsullar problemi yalnız müvəqqəti olaraq təxirə salır, heç bir halda həll etmir.

Mənbə: report.az