İbero-Amerikan ölkələri Londonu Folklend adaları üzrə BMT qətnamələrini pozmaqda ittiham edib

İbero-Amerikan ölkələri Londonu Folklend adaları üzrə BMT qətnamələrini pozmaqda ittiham edib<span class="qirmizi"></span>

İbero-Amerikan sammitinin iştirakçıları olan ölkələr Argentina və Böyük Britaniyanı mübahisəli Folklend (Malvin) adaları ilə bağlı danışıqları bərpa etməyə çağırıblar və rəsmi Londonun bu məsələ ilə bağlı BMT qətnamələrinə əməl etmədiyini vurğulayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iştirakçı ölkələrin nümayəndələri mübahisəli adalarla bağlı məsələ üzrə xüsusi bəyanat qəbul ediblər.

“Böyük Britaniyanın mübahisəli ərazidə məşğul olduğu bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların kəşfiyyatı və hasilatı üzrə birtərəfli fəaliyyətinə gəlincə, sənəd xatırladır ki, beynəlxalq ictimaiyyət Malvin adaları ilə BMT Baş Assambleyasının 31/49 saylı qətnaməsində təsbit olun vəziyyəti birtərəfli qaydada dəyişdirən qərarlar qəbul etməkdən çəkinməyə çağırır”, - XİN-dən bildirilib.

Ölkələr mübahisəli ərazidə hərbi mövcudluğun artırılmasının yolverilməzliyini qeyd ediblər. Bundan əvvəl rəsmi Buenos Ayres dəfələrlə Londonu bu məsələdə ittiham etmişdi.

“Sənəd Argentina və Böyük Britaniya hökumətlərinin Malvin adaları, Cənubi Corciya, eləcə də Cənubi Sandviç adaları və onları əhatə edən dəniz ərazisi üzərində suverenliklə bağlı mübahisənin tezliklə həllini tapmaq üçün danışıqları bərpa etmələrinin zəruriliyini təsdiqləyir”, - qurumdan qeyd ediblər.

Martın 24-25-də Dominikan Respublikasının paytaxtı Santo Dominqoda keçirilmiş sammitdə Argentina, Boliviya, Braziliya, İspaniya, Kolumbiya, Meksika və Portuqaliya da daxil olmaqla, 20-dən çox ölkənin nümayəndəsi iştirak edib.

Mənbə: report.az