“Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir

“Böyük yeddilik” ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir<span class="qirmizi"></span>

“Böyük yeddilik” (G7) ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsinin zəruriliyini birgə təşviq etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bu məsələnin may ayında G7 liderlərinin Hirosimada keçiriləcək sammitin yekunlarına dair birgə bəyanatda öz əksini tapacağı gözlənilir. Agentliyin mənbələri bildirib ki, qlobal bank sistemində yaranan böhran fonunda G7 ölkələri kriptoaktivlərin sahiblərinin qorunmasına yönəlmiş qanunvericilik bazasının hazırlanmasını zəruri hesab edirlər.

Qeyd edək ki, bu il G7-yə Yaponiya sədrlik edir və ölkə mayın 18-22-də Hirosimada – 6 avqust 1945-ci ildə ABŞ-ın atom bombası atdığı şəhərdə sammitə ev sahibliyi edəcək.

G7-yə ABŞ, Yaponiya, Kanada, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya daxildir.

Mənbə: report.az