İdman xalqları barışdırmalıdır - Ermənistan prezidenti - FOTO

İdman xalqları barışdırmalıdır - Ermənistan prezidenti - <span class="qirmizi">FOTO</span>

Ermənistan prezidenti Vaaqn Xaçaturyan futbol üzrə Ermənistan və Türkiyə milli komandalarına “emosiyalarla dolu möhtəşəm matça” görə təşəkkür edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.

“İdman xalqları birləşdirməli, millətləri barışdırmalıdır”, - deyə o, qeyd edib.

Xatırladaq ki, İrəvanda keçirilən dünənki matçda Türkiyə millisi 2-1 hesabı ilə qalib gəlib.

Mənbə: bizim.media