Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”

Rusiyalı politoloq: “Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”<span class="qirmizi"></span>

“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etmək qərarı bir daha sübut edir ki, Ermənistanla müttəfiqlik Rusiya üçün sərfəli deyil”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq Aleksey Naumov deyib.

Onun sözlərinə görə, bu gün Moskva İrəvanla ittifaqdan heç nə qazanmır, yalnız narazılıq, şikayət eşidir, Rusiyanın Ermənistanın əvəzinə onun xarici siyasətini yürütdüyü deyilir.

Ekspert vurğulayıb ki, bu qərarla rəsmi İrəvan nə iqtisadi, nə də hərbi perspektivli təsir rıçaqlarına malik olduğu halda, sadəcə olaraq, bütün mümkün vasitələrlə Azərbaycanı cəzalandırmağa və ona təzyiq etməyə cəhd etmək qərarına gəlib.

“Son vaxtlar İrəvan min müxtəlif tərəfdaşa min əl uzatmaq kursu götürüb ki, kimsə üçtərəfli sazişlər çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməməsi mövqeyinə dəstək olsun. Belə məqamda, adətən, komediya filmlərində olduğu kimi, uyğun an seçilmədi. Əlbəttə, BCM məsələsi Ermənistan-Rusiya münasibətlərində çaşqınlıq və suallar doğurur. Əvvəllər Rusiya ilə heç bir əlaqəsi olmayan bir qərarın bu gün bir çox rusiyalı üçün suallar doğurması komikdir. Onlar düşünür ki, görəsən, Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi niyə atdığı addımın informasiya nəticələri barədə ümumiyyətlə düşünmür”, - A.Naumov bildirib.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanla ittifaqdan heç nə qazanmasa da, Bakı ilə birlik Moskva üçün çox sərfəlidir: “Bu ittifaq həqiqətən də iqtisadi cəhətdən sərfəlidir, siyasi cəhətdən əsaslandırılıb və hər iki dövlət arasında əla münasibətlərlə möhürlənib”.

Mənbə: report.az