Rus pilotlar Ermənistanda təlimlərə başladılar

Rus pilotlar Ermənistanda təlimlərə başladılar<span class="qirmizi"></span>

Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının ordu aviasiyasının Mi-8MTV-5 və Ka-52 helikopterlərinin ekipajları yüksək dağlıq ərazilərdə təlim uçuşları həyata keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsindən məlumat verilib.

“Dağlıq ərazidə ekipajlar günün müxtəlif vaxtlarında, o cümlədən, ultra aşağı diapazonlarda mürəkkəb manevrlər həyata keçirib, hazırlıqsız yerə enmə, axtarış-xilasetmə işlərini, dağlıq ərazidə şərti yaralıların təxliyəsini yerinə yetiriblər. Təlimə hərbi bazanın 120-dən çox şəxsi heyəti və 20 ədəd texnikası cəlb olunub”, - məlumatda bildirilib.

Mənbə: axar.az