Başa düşdüm ki, Putin Ukrayna qərarını verib - Vuçiç

Başa düşdüm ki, Putin Ukrayna qərarını verib - Vuçiç<span class="qirmizi"></span>

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bağlı planlarını mənimlə bölüşməsə də, bu mənə sirr deyildi.

Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

“2021-ci ilin 25 noyabrında Putinlə Soçidə görüşəndə başa düşdüm ki, dünya daha çətinə hazırlaşır. Ona görə yox ki, Putin mənə nəsə deyib. Sadəcə Ukraynada nəsə olacağını başa düşdüm. Bunu mənə o demədi. Həmişə, biz görüşəndə o, 40 dəqiqə Ukraynadan danışırdı. Sonra başa düşdüm ki, artıq qərar verilib”, - Vuçiç bildirib.

Mənbə: axar.az