Rus oliqarxlar İtaliya məhkəmələrinə üz tutdu

Rus oliqarxlar İtaliya məhkəmələrinə üz tutdu<span class="qirmizi"></span>

AB-nin sanksiya siyahısında olan 10 iri rusiyalı biznesmen İtaliyanın Latsio şəhərinin inzibati məhkəməsinə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Nəşr xatırladıb ki, İtaliya 28 sahibkarın 2.7 milyard avroluq müxtəlif aktivlərini dondurub:

“Məhkəməyə müraciət edən biznesmenlərin vəkilləri iddia edirlər ki, müsadirə olunmuş əmlaklar ayrı-ayrı şəxslərə deyil, gəlirləri sanksiyaya məruz qalan oliqarxlara aid olmayan müxtəlif trestlərə məxsusdur”.

Məlumata görə, rusiyalı oliqarxların müraciətlərinə ayrıca baxılır və onlardan biri üzrə inzibati məhkəmə artıq mənfi qərar qəbul edib. Söhbət “Severstal”ın sahibi, milyarder Aleksey Mordaşovun aktivlərindən, o cümlədən 65 milyon avroluq yaxtasından gedir.

 

Mənbə: axar.az