Biz Krıma girəndə “Abrams”lar gələcək - Svitan

Biz Krıma girəndə “Abrams”lar gələcək - Svitan<span class="qirmizi"></span>

Vaşinqton həqiqətən də “Abrams” tanklarını Kiyevə təhvil verməyə hazırdır, lakin daha əvvəlki modifikasiyada.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Roman Svitan deyib.

“Bu, daha sərfəlidir, çünki ABŞ-ın silahlanmasında köhnə “Abrams”lar daha çoxdur həm də öz imkanları ilə müasir variantından geri qalmır, “Leopard 2”-lərlə bərabər vəziyyətdə işləyir”, - Svitan bildirib.

Onun sözlərinə görə, “Abrams”lar Ukraynanın irimiqyaslı əks-hücuma çata bilməyəcək:

“Onlar hücumun ən qızğın vaxtında, biz artıq Krıma girəndə çatdırılacaq”.

Mənbə: axar.az