Ukrayna artilleriyaçılarının Britaniyadakı təlimləri başa çatdı

Ukrayna artilleriyaçılarının Britaniyadakı təlimləri başa çatdı<span class="qirmizi"></span>

Böyük Britaniyada ukraynalı artilleriyaçıların təlimi başa çatıb.

Ukrayna artilleriyaçılarının ikinci qrupunun 155 millimetrlik AS90 özüyeriyən artilleriya qurğusunda təlimi sonlanıb.

AS90-da təlim Kral Artilleriya Məktəbinin nəzarəti altında ixtisaslaşmış müəssisədə zabitlər tərəfindən həyata keçirilib.
Qeyd edək ki, AS90 çevik, yüksək dəqiqliyə malik ən müasir artilleriya sistemidir və ekipaj üçün zirehli müdafiəni təmin edir, uzun mənzilli döyüşlərə imkan verir.

Mənbə: moderator.az