Fransa-zorakılığın episentri - VİDEO

Fransa-zorakılığın episentri - VİDEO<span class="qirmizi"></span>

Fransanın müsəlman xofu hər gün bir az daha şiddətlənir. Dünyada multikulturalizm və plüralizm şüarları səsləndirməsinə baxmayaraq, gerçək həyatda irqçilik ksenofobiya və din əleyhinə cinayətlərin önündə gedir. 2022-cı ılın avropa ıslamafobıya hesabatının 8-ci sayında fransanın islam dininə nifrətinin kəskin şəkildə artdığı qeyd olunub. Vaxtilə fransanın müstəmləkəçi dövlət kimi yaxın şərqdə və afrikada hegemonluğu mövcud olub. Həmin müstəmləkələrin əksəriyyətini müsəlman dövlətləri təşkil edib. Təqribən 7 milyon müsəlmanın yaşadığı ölkə güman edilən Fransada irqi və dini ayrı-seçkilik hallarının artması nifrət mühitini daha da artırır. Dünyanın siyasi səhnəsinə demokratiya donu geyinib çıxsa da, başdan-ayağa saxta təbəssümlə ifrat zorakılıq cinayətləri törədir.
2022-ci ildə milli polis və jandarma xidməti Fransada irqçilik, ksenofobiya və din əleyhinə ümumilikdə 12600 cinayət qeydə alındığını açıqlayıb. Dünyada müasir çağırışların yeni düzəni budurmu?

Fransanın İslama olan nifrəti sıradan nifrət deyil, zorakılıq və terror formasında özünü göstərir. Müsəlmanları günah keçisi kimi qələmə verən Fransa hər addımda müsəlman qadınları təhqir etməkdən belə çəkinmir. Hətta o dərəcədə azğınlaşıblar ki, piyada yolunu keçmək istəyən hicablı qadınları Fransa polisi saxlayıb təhqir edir.

Eyni zamanda, ölkədə iqtisadi və sosial durum çətinləşib. Pensiya yaşının 62-dən 64-ə yüsəlməsi Makron hökumətinə qarşı etirazları daha da alovlandırıb. Narazı fransızlar sosial və iqtisadi problemlərin buxovundan qurtulmaq istədiyi ərəfədə, hökumətin ksenofobiya və din əleyinə cinayətləri artırmaq ehtirası sönmək bilmir. Bir sözlə, Fransa xalqı heç də kef eləmir.

İrqçiliklə bağlı ən çox cinayətlərin qeydə alındığı Fransada insani dəyərlər çoxdan yox olub. daha heç kim "Baden Badenin mavi gecələri"ndə ulduzları saymaq istəmir. Çünki Fransanın hər yerindən zorakılıq toxumu cücərir.

REAL

 

Mənbə: www.realtv.az