Xaçatryan Bakıdakı foto ilə İranı təbrik etdi - FOTO

Xaçatryan Bakıdakı foto ilə İranı təbrik etdi - <span class="qirmizi">FOTO</span>

İranlılara Novruz bayramı və 1402-ci ilin başlanğıcı münasibətilə səmimi təbriklər və ən xoş arzularımı çatdırıram. “Fars nəhəngi” Nizaminin “Həft peykər” (Yeddi gözəl – red.) əsəri Novruz adət-ənənəsini və bayramını gözəl şəkildə nümayiş etdirir. Xalqa və İran rəhbərliyinə sülh, yeni nailiyyətlər və firavanlıq arzulayıram. Hər kəsi Novruz bayramı münasibətilə təbrik edirik.

Vaaqn Xaçatryan bu Tvitter paylaşımı ilə İranı Novruz bayramı münasibətilə təbrik edib.

Xaçatryan dahi Azərbaycan şairi Nizamini fars şairi adlandırmaqla kifayətlənməyib, öz təbrik mesajına Bakıda milli geyimdə və əlində səməni olan xanımların çəkilmiş fotosunu da əlavə edib.

Mənbə: axar.az