Gəncəliyev yazdı, Xaçatryan tvitini sildi

Ermənistan Prezidenti Xaçatryan Novruz bayramı münasibəti ilə İrana ünvanladığı təbrik tvitini silib.

Axar.az xəbər verir ki, buna səbəb çoxsaylı tənqidlər olub. Belə ki, Xaçatryan İranı təbrik edərkən, Bakıda Novruz şənliyindən çəkilən fotonu paylaşmış, eyni zamanda, “fürsətdən” istifadə edib, Nizami Gəncəvini fars şairi kimi təqdim etmişdi.

Tənqidlərdən sonra isə Xaçatryan fotonu dəyişməyib, ümumiyyətlə tvitini silib.

Millət vəkili Tural Gəncəliyev də Ermənistan prezidentinin tvitini silməsini təqdir edib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Mehriban Əliyeva azarkeşlərə əli ilə ürək işarəsi jesti göndərdi - VİDEO

SONRAKI XƏBƏR

"Şou-biznes adamları ciddi olmur, ailə qurmaram"