Vaşinqton İsraildəki durumla bağlı narahatlığını bildirib

Vaşinqton İsraildəki durumla bağlı narahatlığını bildirib<span class="qirmizi"></span>

ABŞ İsrail müdafiə naziri Yoav Qalantın istefası fonunda İsraildəki durumla bağlı “dərin narahatlığını” bildirib.

“Report” “Axios” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ evin milli təhlükəsizlik şurasının nümayəndəsi məlumat verib.

O qeyd edib ki, Vaşinqton mümkün qədər tez kompromis tapmağı zəruri hesab edir.

Xatırladaq ki, martın 26-da gecə saatlarında Təl-Əviv və Qüdsdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanında sonra kütləvi etiraz aksiyaları başlanıb.

Mənbə: report.az