KİV: “Netanyahu məhkəmə islahatına qarşı çıxacaq”

İsrailin Baş naziri Binyamin Netanyahu və ŞAS partiyasının lideri Arye Deri məhkəmə islahatları haqqında qanunun təşviqini dayandırmağa çağırır.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

Məlumata görə, məhkəmə islahatları ilə bağlı qanun layihəsinə qarşı kütləvi ümummilli etirazları ilə sıxışan Baş nazir Netanyahu sənədin əleyhinə çıxacaq.

Eyni zamanda, ədliyyə naziri Levin və onun yaxın müttəfiqləri, eləcə də milli təhlükəsizlik naziri Ben Qvir hələ də qanunun irəliyə aparılmasının tərəfdarıdır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Şimali Koreya ballistik raket buraxıb

SONRAKI XƏBƏR

Tokioda Harri Potter parkı açılacaq