Britaniyada Rusiyaya qarşı döyüş hazırlığı – “Cəbhədə durum dəyişəcək”

Britaniyada Rusiyaya qarşı döyüş hazırlığı – “Cəbhədə durum dəyişəcək”<span class="qirmizi"></span>

Ukrayna hərbçiləri Böyük Britaniyada “Challenger 2” tankları üzrə təlimlərini başa vurub.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, sözügedən tanklar və təlim keçmiş ekipajlar yaz əks-hücumundan əvvəl Ukraynaya gələcək.

“Britaniyada “Challenger 2” tankları üzrə təlimi başa vuran ukraynalı hərbçilərin əzmini görmək həqiqətən ruhlandırıcıdır. Biz onları dəstəkləməyə davam edəcəyik, lazım olduğu müddətdə Ukraynanı dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”, - ötən həftə Ukrayna hərbçilərinin təlim keçdiyi poliqonlara baş çəkən Britaniya müdafiə naziri Ben Uolles deyib.

Tankçılar yanvarın ikinci yarısından təlimlərə başlayıblar. Heyətlər bu texnikalar üzrə idarəetmə, komanda, sürücülük və komanda işi ilə əlaqəli təlim keçiblər.

“Ukraynalı tərəfdaşlarımız üçün bu təlimi keçirmək komandanlıq üçün şərəf idi. Göstərilən bacarıq hamımızı çox heyran etdi. Şübhə etmirik ki, dostlarımız vətənləri uğrunda döyüşərkən gələcəkdə “Challenger 2” tanklarından ən yaxşı şəkildə istifadə edəcəklər”, - təlim missiyasına rəhbərlik edən leytenant Con Stoun söyləyib.

Britaniya Müdafiə Nazirliyi bildirib ki, bu tanklar döyüş meydanındakı imkanlarını tədricən dəyişməyə imkan verəcək.

Mənbə: teleqraf.com