İsrailin 3 nazirindən ölkəni böhrana sürükləyən “məhkəmə islahatı” ilə bağlı qərar

İsrailin hakim Likud partiyasından olan üç nazir Baş nazir Benyamin Netanyahunun ölkədə siyasi böhrana səbəb olan “məhkəmə islahatı” planını dayandırmaq qərarına gələrsə, onun qərarını dəstəkləmək niyyətində olduqlarını açıqlayıblar.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasından olan mədəniyyət və idman naziri Miki Zohar deyib:

"Bəyanat vermədiyimiz üçün ağır bədəl ödədik. Məhkəmə-hüquq sistemində islahatlar zəruri və həyati əhəmiyyət kəsb edir. Əgər Baş nazir ölkədəki böhranın qarşısını almaq üçün (məhkəmə tənzimləmə) qanun layihəsini dayandırmağa qərar verərsə, onun mövqeyini dəstəkləməliyik".

Diasporla iş üzrə nazir Amiçai Çikli də məhkəmə qaydalarının yenidən nəzərdən keçirilməsinə çağırış edib.

Manşet.az

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda növbədənkənar seçki: bu partiya qalib gəldi

SONRAKI XƏBƏR

Britaniyada Rusiyaya qarşı döyüş hazırlığı – “Cəbhədə durum dəyişəcək”