Akşənərin etirazı “Masa”da gərginlik yaratdı - Davudoğludan cavab gəldi

Akşənərin etirazı “Masa”da gərginlik yaratdı - Davudoğludan cavab gəldi<span class="qirmizi"></span>

Türkiyə müxalifətinin “Altılıq Masası” blokunun ortaqlarından, Gələcək partiyasının sədri Əhməd Davudoğlu 14 may seçkilərində CHP siyahısından parlamentə girmək mesajı verib.

Teleqraf.com xəbər verir ki, partiya sədri açıqlamasında blok daxilindəki fikir ayrılıqlarına da diqqət çəkib

“Hesab edirəm ki, “Altılıq Masası” mümkün qədər kollektiv formada seçkiyə getməlidir. Bəzi partiyalar fərqli düşünürlər. Seçkiyə girsək, biz də ciddi sayda səs ala bilərik, amma Gələcək Partiyasının, Cümhuriyyət Xalq Partiyasının, DEVA Partiyasının, İYİ Partiyanın və Səadət Partiyasının neçə deputatının olduğunu düşünməməliyik, bütövlükdə 360-ı keçmək lazımdır”, - Davudoğlu deyib.

İyi partiya sədri Maral Akşənər Gələcək, DEVA və Səadət kimi partiyaların kiçik və azsaylı səsə malik olduqlarını əsas gətirərək, mümkün hökumət bölgüsündə onlara yüksək vəzifələrin verilməsinə qarşı çıxır.

Mənbə: teleqraf.com