Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb<span class="qirmizi"></span>

Ermənistan Apellyasiya Məhkəməsi ölkənin sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsinin ləğvi barədə vəsatəti rədd edib.

Bu barədə məhkəmənin mətbuat xidməti “Telegram”da məlumat yayıb.

Qeyd edək ki, Sarkisyana qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib.

Xatırladaq ki, bununla bağlı məhkəmə sabiq müdafiə nazirinin həbsi ilə bağlı vəsatəti təmin etmişdi. Sabiq nazir isə bunu “siyasi təqibin təzahürü” adlandırıb.

Mənbə: moderator.az