Bayden özünü itirdi, yolu azdı - VİDEO

Bayden özünü itirdi, yolu azdı - VİDEO<span class="qirmizi"></span>

ABŞ prezidenti Co Bayden martın 24-də Ottavada Kanadanın baş naziri Castin Trüdo ilə keçirdiyi birgə mətbuat konfransından sonra səhnədən düşə bilməyib.

Publika.az xəbər verir ki, mətbuat konfransı başa çatdıqdan sonra Bayden dərhal özünü düzgün istiqamətləndirməyib və səhnədən çıxış üçün nəzərdə tutulan yolu tapa bilməyib.

Trüdo ona düzgün istiqamət göstərərək kömək edib.

Həmin tədbirdə Bayden çıxışı zamanı Kanadanı Çin adlandırıb. Onun bu səhvi Kanada kabinetində çaşqınlıq yaradıb və onlar 80 yaşlı ABŞ prezidentini alqışlayıblar.

Bundan əvvəl ABŞ prezidenti Pentaqon rəhbəri Lloyd Ostinin adını və soyadını unudub. ABŞ hərbçilərinə fəxri medalların təqdim edilməsi mərasimində çıxış edən Bayden uzun müddət ABŞ müdafiə nazirinin adını və soyadını xatırlaya bilməyib.

Akqabay

Mənbə: publika.az