Ukrayna Quru Qoşunlarının komandanı: “Baxmutla bağlı bütün ssenarilərə hazırıq"

“Baxmutla bağlı bütün ssenarilərə hazırıq və mövcud vəziyyətə uyğun davranacağıq”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski Baxmut istiqamətindəki ən qaynar nöqtələrdə olarkən deyib.

O bildirib ki, Baxmutun müdafiəsi hərbi zərurətdir: “Əsgərlərimizin qəhrəmanlığı və cəsarəti, həmçinin silahlardan düzgün istifadə şəhərin müdafiəsini təmin etməyimizə imkan yaradır”.

Qeyd edək ki, Donetsk vilayətinin Baxmut şəhəri Ukraynakı müharibənin ən qaynar nöqtələrindən biridir. Təxminən 6 aydır ki, orada gərgin döyüşlər gedir. Rus hərbçiləri şəhəri mühasirəyə alsalar da, içəri girə bilməyiblər

Report.az

ƏVVƏLKİ XƏBƏR

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

SONRAKI XƏBƏR

Bakıda kafe sahibinin azyaşlı oğlu qaçırılıb, 200 min manat tələb edilib