PUTİNİ YALNIZ BU HALDA DAYANDIRMAQ OLAR - ABŞ Müharibə Araşdırmaları İnstitutu açıqladı

PUTİNİ YALNIZ BU HALDA DAYANDIRMAQ OLAR - ABŞ Müharibə Araşdırmaları İnstitutu açıqladı<span class="qirmizi"></span>

ABŞ Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, Putini geri çəkilməyə və müharibəni bitirməyə yalnız Ukrayna Ordusunun güclü əks-hücumu vadar edə bilər.

“AzPolitika.info” xəbər verir ki, amerikalı mütəxəssislər son hesabatlarında gələcək danışıqların Ukraynanın gözlənilən əks-hücumunun hansı effekt verəcəyindən asılı olduğunu qeyd ediblər: “Ukrayna Ordusunun uğurlu əks-hücumu onun üçün lazımdır ki, Vladimir Putin Ukraynanın şərtləri daxilində danışıqlara getsin. Ukrayna Ordusu Rusiya Federasiyası ordusuna elə zərbə vurmalıdır ki, Putinə və onun ətrafına aydın olsun ki, Rusiya qoşunları müharibəni davam etdirməklə, onun nəticəsinə təsir edə bilməyəcəklər”.

Mütəxəssislər qeyd ediblər ki, Ukrayna hərbçiləri müharibənin gedişini dəyişə bildiklərini göstərməlidirlər və bunun üçün “böyük qələbələr” qazanmalıdırlar: “Ukraynanın operativ səviyyədə çoxsaylı qələbələri lazımdır ki, müharibənin danışıqlar yolu ilə tənzimlənməsi və Putini hərbi əməliyyatları dayandırmağa vadar etmək mümkün olsun”.

“AzPolitika.info”

Mənbə: azpolitika.info