İsraildə ümummilli tətil başa çatıb

İsraildə ümummilli tətil başa çatıb<span class="qirmizi"></span>

İsrailin “Histadrut” Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David ölkədə ümummilli tətilin başa çatdığını elan edib.

"Report" xəbər verir ki, bu barədə "Kan" dövlət radiostansiyası məlumat yayıb.

Qərar İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin məhkəmə islahatının təsdiqini azı yaya qədər dayandıracağını bəyan etməsindən sonra qəbul olunub.

“Yedioth Ahronoth” qəzetinin məlumatına görə, Federasiyanın bu qərarından sonra hava limanının işçiləri dərhal tətilin başa çatdığını elan edib, Ben Qurion hava limanında vəziyyət normallaşıb, aeroport normal fəaliyyətinə qayıdıb.

Mənbə: report.az