Ukrayna ordusunun hücumu çətinləşməyə başlayır

Ukrayna ordusunun hücumu çətinləşməyə başlayır<span class="qirmizi"></span>

NATO hərbi personalı tərəfindən təlim keçilməsinə baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin yaz aylarında əks-hücuma keçməsi çətin olacaq.

Bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Qeyd olunur ki, bunun səbəbi Ukraynanın hava məkanına nəzarət edə bilməməsi, həmçinin hava zərbələri üçün kifayət qədər təyyarənin olmamasıdır.

Qəzet yazır ki, hücumun yüksək dəqiqlikli uzaqmənzilli silahlarla endirilən zərbələrlə başlayacağı ehtimal edilir. Mütəxəssislərin fikrincə, bunun ardınca quru qoşunlarının tam miqyaslı hücumu olacaq. WSJ qeyd edir ki, bu gün Ukrayna Silahlı Qüvvələrində quru əməliyyat üçün kifayət qədər modernləşdirilmiş Qərb tankları yoxdur. Söz verilən tankların çoxu gec gələcək.

Ekspertlər hesab edir ki, Ukrayna ordusu Rusiya mövqelərində zəif nöqtələr tapmaq və onlara zərbələr endirmək taktikasından istifadə etməyə davam edəcək.

Mənbə: moderator.az