Tokiodan Çinə tələb: Həbs edilən yapon azad edilsin

Tokiodan Çinə tələb:  Həbs edilən yapon azad edilsin<span class="qirmizi"></span>

“Rəsmi Tokio Pekindən Çindədə həbs edilmiş Yaponiya vətəndaşını azad etməyi tələb edir”.
Bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. “Biz Çin hakimiyyətindən soydaşımızın tezliklə azadlığa buraxılmasını tələb edirik. Hökumət də onunla görüşün təşkili üçün addımlar atır” - o, bildirib.

Həbs edilən şəxsin adı açıqlanmır. Bazar günü “NHK” nəşri onun Yaponiyanın böyük əczaçılıq şirkəti olan “Astellas”ın liderlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, Çin hakimiyyəti yalnız Pekində həbs faktı barədə məlumat verib, lakin bunun səbəblərini göstərməyib.

İlkin Nəcəfzadə
 

Mənbə: azvision.az