Əgər əks-hücumumuza dəstək verilməsə... - Arestoviç

Əgər əks-hücumumuza dəstək verilməsə... - Arestoviç<span class="qirmizi"></span>

Qərb Ukrayna qüvvələrinin uzaqmənzilli raketlərlə əks-hücumunu dəstəkləməsə, Ukrayna Silahlı Qüvvələri üçün ölümcül itkilər olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç bildirib.

"Əgər belə imkanlarımız olsa, o qədər də hazırlıqlı olmayan qoşunlarla da uğurla hücuma keçə bilərik", - Arestoviç söyləyib.

O, əks-hücumların davamlı olacağına işarə edib:

"Bütün ehtimal ki, qarşıdan gələn əks-hücum sonuncu olmayacaq, ona görə də növbəti üçün köməyə ehtiyacımız olacaq".

Mənbə: axar.az