Türkiyədə son marafon: Prezidentliyə 4 namizəd...

Türkiyədə prezidentliyə namizədlik üçün lazım olan 100 min imza kampaniyası başa çatıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Yüksək Seçim Qurumunun rəhbəri Əhməd Yenər məlumat verib.

Ə.Yenər seçkilərə 4 namizədlə gedəcəklərini rəsmən bəyan edib:

"Bu prosesin Türkiyə dövləti və demokratiyası üçün xeyirli olmasını diləyirik. İmza prosesi bitdikdən sonra İdarə Heyətimizin keçirdiyi görüşlər nəticəsində namizədlər seçkilərdə əlifba sırası ilə (Kamal Kılıçdaroğlu, Məhərrəm İncə, Rəcəb Tayyib Ərdoğan və Sinan Oğan) göstəriləcək".

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan millisinin futbolçusu yubiley oyununa çıxıb

SONRAKI XƏBƏR

Fuad Hüseynəliyev: "Ermənilər Azərbaycanın təklifinə qulaq asmalıdır"