Rusiya döyüş təyyarələri HƏRƏKƏTƏ KEÇDİ

Rusiya döyüş təyyarələri HƏRƏKƏTƏ KEÇDİ<span class="qirmizi"></span>

Qara dəniz səmasında Rusiya ilə İngiltərə arasında ikinci müharibəyə səbəb olacaq son dərəcə təhlükəli bir hadisə baş verib.

Redaktor.az xəbər verir ki, cümə günü İngiltərənin casus təyyarəsi və iki döyüş təyyarəsi Rusiyanın uçuşa qadağa zonası elan etdiyi Krım yaxınlığındakı beynəlxalq hava məkanına yaxınlaşaraq az qala Rusiya raketlərinin hədəfinə düşüb.

Hadisə 30 britaniyalı zabitin həyatı bahasına başa gələ bilərdi.

Gərginlik cümə günü günorta saatlarında başlayıb. Səhər saatlarında İngiltərədən havaya qalxan RRR9954 identifikasiya nömrəli "Boeing RC-135W Rivet Joint" casus müşahidə təyyarəsi Rumıniya hava məkanına çatdıqda, Kipr-Rum hissəsindəki Britaniya hava bazasından qalxan iki Eurofighter Typhoon qırıcısı ilə birləşib. Rumıniya üzərində qarşı-qarşıya gələn İngiltərəyə məxsus 3 təyyarə Qara dənizdəki beynəlxalq hava məkanından Rusiyanın öz ərazisi hesab etdiyi Krım yarımadasına doğru hərəkət etməyə başlayıb. Rusiyanın on gün əvvəl Amerika PUA-sını vurduğu ərazidən cəmi 80 km aralıda 3 təyyarə qəfil dönüş edərək Rusiya bölgəsini tərk edib. Gərginlik Zonquldak və Krım arasındakı beynəlxalq sularda yaşanıb.

Rusiya mediasının iddiasına görə, Moskva təhlükəli hadisə bağlı Britaniya təyyarələrinə “Yaxınlaşmayın. Dərhal vuracağıq!" xəbərdarlığı edib. 2022-ci ildən bəri ABŞ, İngiltərə və NATO təyyarələrini sərhədləri yaxınlığında görmək istəmədiyini təkrarlayan Rusiya dəfələrlə Krım yarımadasında yerləşdirilən S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə hazır olduğunu bəyan edib.

Böhranın başlamasına 10-15 dəqiqə qalmış üç Britaniya təyyarəsi qəfil istiqamətini dəyişib. Casus təyyarə İngiltərə istiqamətində geri dönüb, iki qırıcı ilə Rumıniya səmasında gözləyən “Airbus KC2 Voyager” yanacaq daşıyan təyyarə isə Türkiyə hava məkanından keçərək Kipr Rum hissəsindəki Agrotur aviabazasına qayıdıb.

Britaniyanın Boeing RC-135W hərbi casus təyyarəsi yerinə yetirdiyi vəzifəyə uyğun olaraq 21-27 heyətdən ibarətdir. İki Eurofighter Typhoon qırıcısının pilotlarını da nəzərə alsaq, Rusiya S-400 raketlərini vursaydı, təxminən 30 Britaniya zabiti həlak olardı.

Qara dənizdə əvvəllər yaşanan böhranların əksinə olaraq, bu dəfə hər iki ölkənin müdafiə nazirliklərinin susması vəziyyətin nə qədər ciddiləşdiyini göstərir.

Mənbə: redaktor.az