Türkiyə anqardan çıxardı: Dünyanın ən güclüsü olacaq - Bu özəlliyi F-35-də də yoxdur

Türkiyə anqardan çıxardı: Dünyanın ən güclüsü olacaq - Bu özəlliyi F-35-də də yoxdur<span class="qirmizi"></span>

Türkiyə ordusunun ehtiyatda olan polkovniki Əray Güçlüər yeni döyüş təyyarəsinin (MMU) çox az bilinən döyüş strategiyalarında oyunu dəyişdirən xüsusiyyətlərindən danışıb.

Teleqraf.com xəbər verir ki, polkovnik MMU-nun bir çox özəlliyinin ABŞ F-35-lərindən üstün olduğunu deyib.

“İnanılmaz sınaq prosesi var. Hələ də sınaqdan keçirilir. Bu təyyarə heç vaxt dayanmır, həmişə sınaqdadır. Çox perspektivli gəlişmələr var. Çünki normal olaraq martın 18-də anqardan çıxacağı gözlənilən təyyarə ötən ilin dekabrın 25-nə keçən gecə uçdu və səhərə doğru yerə endi. Üzərində 16 min türk mühəndis işləyir. Onları təbrik edirəm, həqiqətən də əla işdir”, - Güçlüər bildirib.

Polkovnikin sözlərinə görə, sınaqlar uğurla həyata keçirilir və MMU-nun kütləvi istehsalı başlayan kimi, dünyada birinci yerdə olacaq:

“Bunu niyə indi deyirik? Bunun bir neçə səbəbi var

Birincisi, bu, əslində bir təyyarə deyil, bu başqa bir şeydir. “Niyə”sini soruşa bilərsiniz. Ən vacib xüsusiyyətini deyim. Bu çox məlum olan şey deyil. Bu təyyarənin pilotu təkcə bu təyyarəni idarə etməyəcək. Pilot bu təyyarə ilə yanaşı, “Anka 3” kimi pilotsuz döyüş təyyarələri, hücum dronlarını, “Atak” helikopterləri kimi Türkiyə istehsalı olan bütün digər hava vasitələrini də idarə edəcək.

Yəni bu pilot havaya qalxanda təkcə bu təyyarəni deyil, bir donanmanı idarə edəcək. Bu mükəmməl şeydir. Türk pilotları dünyanın ən yaxşıları olacaqlar. Diqqət etdinizsə, ilk sınaqdan keçən briqada generalı olub”.

Güçlüər MMU-nu F-35-lə müqayisə edib:

“F-35-lə müqayisə etdikdə onun (MMU) başqa bir çox vacib xüsusiyyəti də diqqət çəkir. Bu, (MMU) dünyanın ən dar bucaq altında manevr edə bilən təyyarəsi olacaq. Bu nə deməkdir? Bu təyyarə ilə heç kim “it döyüşü” apara bilməz. Bir qayda olaraq, “it döyüşü”ndə izləyir, arxanızca gedir, radarı bağlayır və yoxa çıxır. Bu təyyarənin bu performansı, yəni indi ən dar bucaqla dönən F-35-in bu bacarığı yoxdur. Bu qədər dar bucaq altında dönmək qabiliyyətinə görə burada heç kim onunla “it döyüşü”nə girə bilməz”.

Mənbə: teleqraf.com