İsrailin Baş Qərargah rəisi: Ölkədə xarici təhdidlər daxili fırtına ilə birləşib

İsrailin Baş Qərargah rəisi: Ölkədə xarici təhdidlər daxili fırtına ilə birləşib

İsrailin Baş Qərargah rəisi Herzi Halevi ölkəsinin xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi mürəkkəb günlərdən keçdiyini bildirib.

Baş Qərargah rəisi bunu İsrail ordusuna müraciət edərkən söyləyib.

İsrail cəmiyyətinin mürəkkəb bir dövrdən keçdiyini vurğulayan Halevi deyib: “Hər baxımdan baş verənlərdən narahat olmamaq mümkünsüzdür”.

Məsuliyyəti öz üzərinə götürməyin zamanının gəldiyini bildirən Halevi sözlərinə belə davam edib: “Bizim müharibələr və əzablarımız olub, düşmənlərimizə qarşı əzmlə vuruşmuşuq. Bu, əvvəllər yaşadığımız dövrlərdən fərqli bir dövrdür. Xarici təhdidlərin və daxili fırtınaların birləşdiyi bu günlərə bənzər bir şey görməmişik”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Boşanma səbəbi ortaya çıxdı

SONRAKI XƏBƏR

Yenidən tərəf müqabili oldular