BMT TŞ-nin Belarusda nüvə silahlarına dair iclası martın 28-də və ya 29-da keçiriləcək

BMT TŞ-nin Belarusda nüvə silahlarına dair iclası martın 28-də və ya 29-da keçiriləcək<span class="qirmizi"></span>

Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası martın 28 və ya 29-da keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib.

"Görüş sabah və ya çərşənbə günü keçiriləcək", - diplomat bildirib.

Mənbə: www.unikal.org