Rəşad Məcid: “Bəzilərinin emosionallıqdan, yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir”

Rəşad Məcid: “Bəzilərinin emosionallıqdan, yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir”<span class="qirmizi"></span>

Millət vəkili, əziz Fazil Mustafaya şəfa arzulayıram. Keçmiş olsun! Bu hadisələrin sifarişçilərinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq istəyi aydın məsələdir. Bəzilərinin o dəqiqə emosionallıqdan, yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir.

Pravda.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.

“Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq. Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək , iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub. Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq. Tanrı Dövlətimizi qorusun!” – R.Məcid qeyd edib.

Mənbə: pravda.az