ABŞ Ukrayna üçün xüsusi tribunal yaradılması ideyasını dəstəklədi

ABŞ Ukrayna üçün xüsusi tribunal yaradılması ideyasını dəstəklədi<span class="qirmizi"></span>

ABŞ Ukrayna üçün xüsusi tribunal yaradılması ideyasını dəstəkləyib.

"Unikal" xəbər verir ki, Dövlət Departamenti hesab edir ki, belə bir beynəlxalq məhkəmə Avropa ölkəsində yerləşməlidir.

Bu açıqlama ilə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel çıxış edib.

"Birləşmiş Ştatlar beynəlxalq ünsürlərlə Ukraynanın hüquq sisteminə əsaslanacaq beynəlxalq məhkəmə formasında xüsusi tribunalın yaradılmasını dəstəkləyir", - Patel bildirib.

Amerika xarici siyasət idarəsinin nümayəndəsinin sözlərinə görə, Birləşmiş Ştatlar hesab edir ki, tribunal xüsusilə avropalılar tərəfindən geniş beynəlxalq dəstək almalı və “ideal olaraq Avropa ölkələrindən birində yerləşməlidir”.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirmişdi ki, Qərb yaya qədər Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyata görə məsuliyyət daşıması üçün hüquqi mexanizm yaratmağı gözləyir. Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikirləri “fantasmaqorik” adlandırıb.

Mənbə: www.unikal.org