Azərbaycanda terrorun qurbanı olan deputatlar - SİYAHI

Azərbaycanda terrorun qurbanı olan deputatlar - SİYAHI<span class="qirmizi"></span>

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tutduğu yoldan döndərmək üçün ən müxtəlif təzyiq metodlarından, o cümlədən dövlət adamlarına, ictimai-siyasi xadimlərə, deputatlara, jurnalistlərə qarşı terror aktı həyata keçirilib.

Azərbaycanda daha çox terrora məruz qalanlar isə deputatlar olub.

“Ölkə.Az” müstəqillik dövründə terror məruz qalan deputatların siyahısını təqdim edir.

1991-ci il aprelin 19-da Milli Məclisin (o zaman Ali Sovet adlanırdı-red) deputatları Aydın Məmmədov və Dilarə Əliyeva seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində müəmmalı avtomobil qəzasında terrorun qurbanı olublar.

Milli Qəhrəman Allahverdi Bağırovun qardaşı deputat Eldar Bağırov 1 oktyabr 1991-ci ildə Bakı şəhərində Karl Marks adlanan ərazidə avtomobilində qətlə yetirilib.

Milli Məclisin deputatları Vəli Məmmədov, Zülfi Hacıyev və Vaqif Cəfərov 20 noyabr 1991-ci ildə Xocavənddə Qarakənd səmasında helikopterdə vurulublar.

Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov 29 sentyabr 1994-cü ildə Bakının mərkəzində qətlə yetirilib.

Qeyd edək ki, Afiyəddin Cəlilovla birlikdə Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimov da qətlə yetirilib.

21 fevral 1997-ci ildə deputat Ziya Bünyadov öz evinin girişində qətlə yetirilib.

Bundan əlavə olaraq deputatlara qarşı sui-qəsd və terror cəhdləri olub. Amma onlar uğursuzluqla nəticələnib. Belə ki, 1991-ci ilin əvvəlində deputatlar Aydın Məmmədov və Tamerlan Qarayev Şuşaya helikopterlə uçarkən vurulublar. Xoşbəxtlikdən həmin zaman hər ikisi xilas olub. Aydın Məmmədov isə ondan çox qısa müddət sonra aprelin 19-da Qax rayonunda terrorun qurbanı oldu.

Azərbaycan parlamentinin 54 saylı Balakən seçki dairəsindən seçilmiş deputatı Əli Ansuxski də silahlı hücuma məruz qalıb. 1996-cı il fevralın 26-da Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin önündə ona qarşı törədilmiş terror nəticəsində odlu silahla qətlə yetirilib. Məlumatlara görə, qatillər deputatı ağzından güllələyiblər.

Və ən sonuncusu 28 martda Sabunçu rayonunda deputat Fazil Mustafaya qarşı terror aktına məruz qalaraq ağır yaralanıb.

 

Mənbə: olke.az