ABŞ bölgədə təşəbbüsü ələ almağa çalışır?

ABŞ bölgədə təşəbbüsü ələ almağa çalışır?<span class="qirmizi"></span>

 

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından danışıb...

Politoloq: “ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün təssüf ki, Ermənistana ciddi təzyiq etmir”.

“Göründüyü kimi Ermənistan və Azərbaycan arasında sülh müqavilısinin imzalanamsı birbaşa olaraq rəqabət formatına keçib”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərindəki rolunu Poliqon.info-a şərh edərkən qeyd edib.

ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan-Ermənistan arasındakı sülh danışıqlarından danışıb. O, rəsmi Vaşinqtonun Ermənistan-Azərbaycan arasındakı sülh danışıqlarına sadiq olduğunu vurğulayıb. Patel ABŞ Dövlət katibinin də dəfələrlə bunu söylədiyini diqqətə çatdırıb. O, bildirib ki, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün olduqca vacibdir.

Demək olarmı ki, ABŞ bölgədə təşəbbüsü ələ almağa çalışır?

Mövzunu Poliqon.info-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “ABŞ Nikol Pşainyana ciddi təzyiqlər edərəsə, sülh müqaviləsi onun vasitəçiliyi ilə bağalanaraq regionda geosiyasi mövqeyini gücləndir
bilər”.

Rusiyanın Ermənistanda hərbi təlimlər keçirdiyini xatırladan politoloq bununla da Rusiyanın ABŞ-a hərbi cəhətdən Ermənistanda mən varam mesajını verdiyini vurğulayıb:

“ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün təssüf ki, Ermənistana ciddi təzyiq etmir. Düzdür, məhz Vaşinqtonun təzyiqi ilə Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi olaraq tanıyan sənədə imza çəkib. Amma, Ermənistan tərəfi prosesi uzadır. Burada Rusiya və İranla da oyun oynayır. Məqsəd danışıqlardan yayınmaqdan ibarətdir. Amma, bunun uzun müddət davam etməsi Vaşinqtonun maraqlarına cavab vermir.

Qeyd edim ki, Rusiya Ermənistanda hərbi təlimlər keçirir. Bununla da ABŞ mesaj verir ki, hərbi cəhətdən Ermənistanda mən varam. Bütün problemləri mən həll etməliyəm. Göründüyü kimi Ermənistan və Azərbaycan arasında sülh müqavilısinin imzalanamsı birbaşa olaraq rəqabət formatına keçib. Təbii ki, bu da regionda təhlükəsizliyi təhdid edir. ABŞ-ın təşəbbüsü ələ almaq cəhdləri ona görə ciddi nəticə vermir ki, Nikol Paşinyan tam mövqe ortaya qoymur. İranla, Fransa ilə kordinasiyalı çalışır. Qarabağda separtizmə dəstək verir. ABŞ, siyasətini sabotaj edən məhz Rusiyadır.

Düşünürəm ki, ABŞ-ın təşəbbüsü tam ələ alması bir müddət mümükün olamayacaq. İlk növbədə Nikol Paşinyana ciddi təzyiqlər etməlidir. Hesab edirəm ki, ABŞ Nikol Pşainyana ciddi təzyiqlər edərəsə, sülh müqaviləsi onun vasitəçiliyi ilə bağalanaraq regionda geosiyasi mövqeyini gücləndir
bilər. Bunu ABŞ-ın siyasətində müşahidə etmirik. ABŞ Ermənistanda Rusiya əleyhinə siyasətdə Nikol Paşinyandan istifadə edir”.

 

Mənbə: poliqon.info