ABŞ Aİ-nin bu ideyasını dəstəklədi - Putin həbs ediləcək?

ABŞ Aİ-nin bu ideyasını dəstəklədi - Putin həbs ediləcək?<span class="qirmizi"></span>

ABŞ Dövlət Departamenti Ukraynada Rusiya cinayətləri üzrə xüsusi tribunalın yaradılması ideyasını dəstəkləyib.

Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmisi Rusiyanı Ukraynaya təcavüzünə görə mühakimə etmək üçün xüsusi beynəlxalq tribunalın yaradılması ideyasını dəstəkləyib. Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Dövlət Departamenti bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın 2022-ci ilin fevralında qonşu ölkəyə təcavüzü ilə əlaqədar “təcavüz cinayəti üzrə xüsusi tribunal” yaratmaq üçün müttəfiqləri ilə çalışacaq.

Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə deyib: "Biz belə bir məhkəmənin xüsusilə Avropadakı tərəfdaşlarımızdan əhəmiyyətli beynəlxalq dəstək alacağını gözləyirik".

Qeyd edək ki, ötən ilin noyabrında Avropa İttifaqı tribunal ideyasını irəli sürüb və bu ilin yanvar ayında sözügedən ideya Avropa Parlamentində səsvermə yolu ilə rəsmən dəstəklənib.

Xüsusi tribunal ideyası ilk dəfə Ukraynaya hücumdan qısa müddət sonra Britaniyanın keçmiş baş naziri Qordon Braun və hüquqşünas alimlər tərəfindən irəli sürülüb.

Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putin haqqında həbs qərarı Rusiya hakimiyyətinin ukraynalı uşaqları qanunsuz deportasiya etməsi ilə bağlı iddialara əsaslanır.

Mehti Kamiloğlu

Mənbə: publika.az