Gərginlik böyüyür - Kılıçdaroğludan İncəyə qarşı yeni təlimat

Gərginlik böyüyür - Kılıçdaroğludan İncəyə qarşı yeni təlimat<span class="qirmizi"></span>

Türkiyə prezidentliyinə namizəd olan Məmləkət partiyasının sədri Məhərrəm İncə CHP-yə bağlı media qurumları tərəfindən senzuraya məruz qalıb.

Teleqraf.com xəbər verir ki, ilk addım CHP-nin maliyyələşdirdiyi “Sözcü” TV-dən gəlib.

Məhərrəm İncə 100 min imza toplayaraq ilə namizədliyini rəsmiləşdirdikdən sonra CHP-lilər tərəfindən linç edilir.

CHP-nin Fazıl Say, Can Ataklı, Amberin Zaman, Fatih Portakal, Nevşin Mengü və İsmayıl Saymaz kimi tərəfdarları İncənin səsləri böləcəyi səbəbilə namizədliyinə qarşı çıxan isimlər arasında olarkən, artıq bu cəbhədən ona qarşı digər addımlar da gəlməyə başlayıb.

Artıq “Sözcü” də İncəni linç kampaniyasına qatılıb.

Fatih Portakalın təqdim etdiyi xəbər bülletenində CHP-ni dəstəkləyən 11 sorğu şirkətinin nəticələri açıqlanıb və fonda bütün liderlərin fotoları qoyulub. Bülletendə İncənin fotoşəkili yer almayıb. Xəbərdə partiyalar və ittifaqların səsləri elan edilərkən, Məhərrəm İncənin partiyası haqda bir kəlmə ilə “Məmləkət və s.” ifadəsinə yer verilib.

İncənin namizədliyini geri çəkməyəcəyi açıqlamasına görə, CHP-nin mətbu orqanı “Halk” TV də qapısını İncənin üzünə bağlayıb. Telekanal CHP sədri Kamal Kılıçdaroğlunun “yalnız nəzakət xatirinə” İncə ilə görüşəcəyini bildirib.

CHP-çilər Məmləkət liderini öz namizədliyini geri çəkməyə və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləməyə çağırırlar. Keçmiş partiyasından gələn mesajlara cavab verən İncə yoluna öz namizədliyi ilə davam edəcəyini açıqlayıb.

Mənbə: teleqraf.com