"Dərmanların qiyməti Türkiyədən baha deyil" - Deputat

"Dərmanların qiyməti Türkiyədən baha deyil" - Deputat<span class="qirmizi"></span>

"Bir neçə aptek var ki, onlar bəzi dərmanları baha qiymətə satır. Məsələn, ölkədə qeydiyyatdan keçən təxminən 3000 aptekdən 10-u bu addımı atır".

"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Kəmaləddin Qafarov deyib.

O bildirib ki, Tarif Şurasının təyin etdiyi dərmanların qiyməti heç də Türkiyədən baha deyil.

Komitə sədri Əhliman Əmiraslanov isə deputatın çıxışına cavab olaraq vurğulayıb ki, bəlkə də əvvəllər qiymət fərqi çox idi: “Lakin son 6-8 ayda Türkiyədə də qiymətlərdə artım olub. Yəni, çətin tapılan hansısa dərmanın Türkiyədə ucuz olmasını görməmişəm”.

Anar Kəlbiyev

Mənbə: www.unikal.org